Rusiya 10 ildə 3.4 milyon nəfər itirib

Sonuncu siyahıya almanın nəticələrinə görə son 10 ildə Rusiya əhalinin sayı 3.4 milyon nəfər azalıb.

Dövlət Statistika Xidmətinin martın 28-də elan etdiyi məlumata görə hazırda Rusiya əhalisi 142.9 milyon nəfərdir. Amma 2002-ci ildə bu ölkədə 145.2 milyon nəfər olub. nəfər olub. Ondan bir il əvvəl – 2001-ci ildə isə Rusiya əhalisi 146.3 milyon nəfər idi.

Statistikaya görə son bir ildə Rusiyada adamların sayı 1 milyon nəfər artıb.