ABŞ Liviya müxalifətini “yaxşı təşkilatlanmamış” sayır

ABŞ hərbi məmuru deyir ki, Qaddafiyə qarşı mübarizə aparan Liviya döyüşçüləri möhkəm və yaxşı təşkilatlanmış deyillər. Hərbi-dəniz qüvvələri admiralı Bill Gortney və Amerika Hərbi Birləşmələri rəhbəri martın 28-də bildiriblər ki, ABŞ Liviya üsyançılarını bilavasitə dəstəkləmir, sadəcə BMT-nin Liviya əhalisini müdafiə etməsi qərarını yerinə yetirir.

Amma cənab Gortney etiraf edib ki, üsyançılar beynəlxalq koalisiyanın hava hücumlarından fayda götürə bilib.

Rusiya və digər ölkələr deyir ki, NATO-nun rəhbərlik etdiyi beynəlxalq koalisiya Liviyada vətəndaş müharibəsində müxalif döyüşçülərə kömək edir.