ADP fəalı 5 sutka həbs aldı

Martın 29-da Azərbaycan Demokrat Partiyası (ADP) Nərimanov təşkilatının fəalı Nazim Abbaslı evindən polis idarəsinə, daha sonra məhkəməyə aparılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə polisə müqavimət göstərməkdə ittiham olunaraq 5 sutka inzibati həbs cəzası alıb. Hazırda N. Abbaslı Binəqədidəki müvəqqəti saxlama təcridxanasına saxlanılır.

Xəbəri ADP-nin mətbuat xidməti yayıb.

Demokrat Partiyası bildirir ki, N. Abbaslı polisə müqavimət göstərməyib, onun həbsi İctimai Palatanın aprelin 2-ə təyin etdiyi mitinqlə bağlıdır.