Şeyxülislam Hacı Allahşükür Paşazadə Ermənistana gedəcək

Şeyxülislam Hacı Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 28-30-da Ermənistanda keçiriləcək MDB ölkələri Konfessiyalararası Şuranın iclasında iştirak edəcək.

Bu barədə Eçmiədzin kilsəsinin mətbuat dəftərxanası məlumat yayıb.

Kilsə təmsilçisi Vaqram Melikyan iclasda hansı məsələlərin müzakirə olunacağını dəqiqləşdirməyib, lakin tədbir çərçivəsində Azərbaycan və Ermənistan dini liderlərinin görüşünü də istisna etməyib.

Xatırladaq ki, QMİ sədri Vladiqafqazda dindarlarla görüşü zamanı bütün ermənilərin katolikosu II Qareginlə görüşü mümkün saydığını deyib. /APA/