ReAL prezidentlik müddətinə məhdudiyyətin qaytarılmasını təklif edir

18 mart referendumu

ReAL hərəkatı prezident İlham Əliyevi referendum keçirməyə çağırıb. Bununla bağlı hərəkatın İdarə Heyəti İlham Əliyevə məktubla müraciət edib.

Müraciətdə deyilir ki, iki il öncə hər hansı açıq müzakirə olmadan ölkədə referendum keçirilərək dövlət başçısının iki müddətdən çox vəzifədə qala biləcəyini təmin edən hüquqi dəyişiklik baş verib.

Məktub müəllifləri Misirin keçmiş rəhbəri Hüsnü Mübarəkin məcburi istefasından sonra ölkədə dərhal referendum keçirilməsini və bir şəxsin iki dəfədən artıq prezident seçilməsinin yasaqlanmasını xatırladıblar:

«Mənfi mənzərələr ərəb ölkələrində baş verənlərin ölkəmizdə təkrarlanmasını artıq dərəcədə mümkün edir».

ReAL-çılar 2009-cu il referendumunun nəticələrinin hüquqi yolla dəyişdirilməsini, əvvəlki məhdudiyyətin qaytarılmalısını istəyirlər.

ReAL hərəkatı 2008-ci ildə yaradılıb. İdarə Heyətinə bu şəxslər daxildir: İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Zöhrab İsmayıl, Emin Hüseynov, Azər Qasımlı, Azər Mehtiyev, Şahin Abbasov, Rəsul Cəfərov.