1918-ci il martın 30-dan aprelin 2-nə kimi bolşeviklərin rəhbərliyi ilə Bakıda minlərlə insan qətlə yetirilib, müsəlman ziyarətgahları yandırılıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakı müsadirə edilib. Kütləvi qırğınlar zamanı «Təzəpir» məscidi aramsız top atəşinə tutulub, memarlıq abidəsi «İsmailiyyə» binasını yandırılıb.
Yerli əhaliyə qarşı hücumlar Azərbaycanın başqa bölgələrində də davam edib.
1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Sovet hakimiyyəti illərində isə bu tarix qeyd olunmayıb.
1998-ci il martın 26-da prezident Heydər Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» fərman imzalayıb.