Eynulla Fətullayev Ədliyyə nazirindən dəbilqə, zirehli jilet və silah istəyib

Eynulla Fətullayev

Martın 31-də karserdən çıxan Eynulla Fətullayev Ədliyyə Naziri Fikrət Məmmədova məktub yazıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımov məlumat verib.

«Eynulla məktubda nazirdən dəbilqə, zirehli jilet və odlu silah istəyib. Yəni, nazirdən onun təhlükəsizliyinin təmin olunması üçün mühafizəçi ayrılmasını istəyib».

A. Qasımov deyir ki, Eynulla bir ay karserdə qalmaqla ona qarşı edilən haqsızlıqlara etirazını bildirib. Amma bunun heç bir nəticəsi olmayıb.

Vəkil bildirir ki, Eynulla azad olunmasa, cəzasının çəkilməyən hissəsinin yüngül cəza ilə əvəzlənməsi barədə mayın 7-də məhkəməyə müraciət edəcək.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru E.Fətullayev 4 ildir ki, həbsdədir.