İsveçin Xarici İşlər naziri Karl Bildtin Bakıya səfəri təxirə salınıb

İsveçin Xarici İşlər Nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, cənab Bildt aprelin 1-də İsveç parlamentində Liviyaya dair müzakirələrdə iştirak etdiyi üçün onun Azərbaycana səfəri təxirə düşüb.

Karl Bildt Cənubi Qafqaza səfəri çərçivəsində hələlik ancaq Gürcüstanda olub. Onun aprelin 1-də Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə görüşdüyü bildirilir.