Nazarbayev hələ 10 il də prezident olmağı düşünür

Bazar günü Qazaxıstanda prezident seçkisi keçiriləcək. Amma dövlət rəsmiləri seçkinin nəticələrini gözləmədən Nazarbayevin prezident kimi seçkidən sonrakı səfərlərinin planını hazırlayırlar.

Nazarbayevin siyasi müşaviri Yermuxamet Yertısbayev dövlət televiziyasına müsahibəsində bildirib ki, “milli lider” hələ 10 il də prezident olmağı düşünür.

20 ildən çoxdur hakimiyyət başında olan Nazarbayevin bu seçkinin də qalibi elan ediləcəyinə şübhə edən yoxdur. Onun siyasi rəqiblərinin demək olar hamısı ölkədən qovulub.