Liviya müxalifəti Qaddafiyə atəşkəs təklif edir, amma...

Aprelin 1-də Liviya müxalifəti Muammar Qaddafi rejiminə atəşkəs təklif edib. Amma şərt kimi də irəli sürüb ki, bunun üçün Qaddafiyə tabe olan qüvvələr Misrata şəhərini tərk etməlidirlər.

Bu gün tərəflər arasında cəbhə xəttinin harda olduğu məlum deyil. Bu həftə Qaddafinin qüvvələri müxalifətin silahlı qüvvələrinin əlində olan bir neçə şəhəri geri alıb və onları 160 kilometrə qədər geri qovub. Pis silahlanmış və intizamsız müxalifət qüvvələri yenidən qruplaşmağa çalışırlar. Onların rəhbərləri yaxın günlərdə Qatardan silah, neft və tanklar alacaqlarını bildirirlər.