Oman hökuməti 60-a yaxın müxalifətçini buraxıb

Omanın hakim dairələri 60-a yaxın müxalifət fəalının azad olunduqlarını deyir.

Onlar fevralın sonlarından bu yana ölkədə keçirilən etiraz aksiyaları zamanı saxlanmışdılar.

Təkcə bu həftə 100-dən çox nümayişçi saxlanıb.

Ötən cümə günü polis nümayişi dağıdarkən yaralanmış müxalifət fəalı isə bazar günü keçinib.

Aksiyaçılar ölkədə islahatlar aparılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.