Nazarbayev yenə prezidentdir

Qazaxıstanda keçirilən prezident seçkilərinin nəticələrinə görə, prezident Nursultan Nazarbayev öz postunu qoruyub saxlayıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Nazarbayev bazar günü keçirilən seçkidə 95, 5 faiz səslə qələbə qazanıb.

Seçkidə 4 namizəd iştirak edib. Seçkinin rəsmi nəticələri aprelin 9-da elan olunacaq.

Nursultan Nazarbayev artıq 20 ildir Qazaxıstana rəhbərlik edir.