İctimai Palata növbəti mitinqi aprelin 16-na planlaşdırır

2 aprel aksiyası

İctimai Palata növbəti etiraz aksiyasını aprelin 16-da keçirməyi planlaşdırır.

Bu barədə İctimai Palatanın aprelin 4-də keçirilən toplantısında məlumat verilib. Amma Palata yekun qərarını aprelin 9-da açıqlayacaq.

İctimai Palatanın ilk mitinqi aprelin 2-də keçirilib.

İctimai Palata son parlament seçkilərindən sonra yaradılıb. Bura bir neçə müxalifət partiyası, QHT-lər və ayrı-ayrı fərdlər daxildir.