Banqladeşdə islamçılar tətil keçirir

Bu gün Banqladeşdə aparıcı islam partiyalarının çağırışı ilə tətil keçirilir. Tətil hökumətin kişilərlə bərabər qadınlara miras hüququ verməsinə qarşıdır.

Ölkənin iri şəhərlərində məktəblər, mağazalar, maliyyə müəssisələri bağlıdır. Paytaxt Dəkkənin şose yollarında də maşınlar gözə dəymir. Küçələrdə polislər keşik çəkir.

Bazar günü hökumət qüvvələri ilə yeni qanuna qarşı çıxan etirazçılar arasında qarşıdurma olub. Qarşıdurmada 1 adam həlak olub. 25 adam yaralanıb. Həlak olanın mədrəsə tələbəsi olduğu bildirilir.