Muammar Qaddafi islahatlara hazırdır

Liviya rəhbəri Muammar Qaddafi geniş miqyaslı islahatlar keçirməyə hazırdır.

Bunu aprelin 4-də Qaddafi hökumətinin rəsmi nümayəndəsi Mussa Ibrahim açıqlayıb. Bildirib ki, Qaddafi seçkilər və siyasi sistemlə bağlı islahatlar ideyasına açıqdır, ancaq Liviya hökuməti özü qərar verməlidir ki, Qaddafi ölkəni idarə etsin ya yox.

Mussa Ibrahim əlavə edib ki, Liviya rejimi «xaricdən şərtlərin diktə edilməsini» qəbul etməyəcək.

Qərb ölkələri Qaddafini siyasətdən getməyə çağırır.

Ölkənin şimalında Qaddafi ilə hökumət qüvvələri arasında döyüşlər davam edir.

Aprelin 4-də Fransa və Qətərin ardınca İtaliya hökuməti də Liviya müxalifətinin təsis etdiyi – Milli Keçid Şurası hökumətini tanıdığını bəyan edib.