Haitidə müğənni prezident oldu

50 yaşlı tanınmış musiqiçi və müğənni Mişel Martelli Haitinin yeni prezidenti seçilib.

İlkin hesablamalara görə, Martelli seçkilərin ikinci mərhələsində səslərin təxminən 68 faizini toplayıb. Onun rəqibi – Haitinin sabiq prezidentlərdən birinin xanımı Mirland Maniqa isə cəmi 32 faiz səs yığıb.

Müşahidəçilər hesab edir ki, Martellinin dövlət və idarəçilik orqanlarında işləmək təcrübəsi yoxdur.

Yeni prezident Haitidə kütləvi yoxsulluq və 2010-cu ilin dağıdıcı zəlzələsinin nəticələrinin aradan qaldırılması ilə mübarizə aparmalı olacaq. Ötən il Haitidə baş verən zəlzələdə 300 mindən çox insan həlak olub.