“Fitnə”nin ikinci hissəsi çəkilir

"Fitnə" filminin davamı çəkilir

İslam Peyğəmbərinə (s) qarşı səhnələrin yer aldığı "Fitnə" filminin ikinci hissəsi 2012-ci ildə ekranlara çıxacaq. Türkiyə mətbuatının yaydığı xəbərə görə, artıq filmin çəkilişləri başlayıb. Məlumatlara əsasən, filmin ikinci hissəsində də İslam Peyğəmbərinə (s) qarşı müəyyən hörmətsizlikləri əks etdirən epizodlar yer alır. Filmin ssenarisində müsəlmanların barbar həyat tərzi yaşamasından bəhs olunur.


”Fitnə” filmi Hollandiyanın Azadlıq Partiyasının (PVV) rəhbəri Girt Vildersin sifarişi ilə çəkilir. Bu partiyanın Hollandiya parlamentində 24 təmsilçisi var. Filmin davamının müsəlman ölkələrində yeni münaqişələrə səbəb olacağı proqnozlaşdırılır.

“Fitnə” filminin ilk hissəsinin nümayişi bir çox müsəlman dövlətlərində etirazlara səbəb olmuşdu. Hətta bununla bağlı Hollandiyanın İslam Federasiyası deputat Vildersə qarşı iddia da qaldırmışdı. Lakin Haaqa məhkəməsi “Fitnə”də müsəlmanlar əleyhinə heç bir təhqiramiz məqamın olmadığını əsas gətirərək ərizəni rədd etmişdi.