DİN-də kollegiya iclası olub

Aprelin 5-də Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib.

DİN mətbuat xidmətinin məlumatına görə, kollegiyada əsasən 2 məsələ müzakirə edilib.

«Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili» və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə».

Kollegiyada daxili işlər naziri, general-polkovnik Ramil Usubov da çıxış edib.