Berluskoninin məhkəməsi mayın 31-də olacaq

İtaliyanın baş naziri Silivio Berluskoninin məhkəməsi mayın 31-də keçiriləcək. Bu haqda bu gün Milanda başlanan ilk iclasda məlumat verilib. Baş nazir azyaşlı ilə intim münasibətdə ittiham olunur.

74 yaşlı Berluskoninin Rubi kimi tanınan 17 yaşlı mərakeşli Karima al-Mahruq-a intim münasibətlər qarşılığında çoxlu pul və bahalı hədiyyələr verdiyi bildirilir.

Berluskoni ittihamları qəbul etmir. Bildirir ki, siyasi rəqiblərinin iyrənc kampaniyasının qurbanıdır.

Bu günkü məhkəmədə baş nazir iştirak etməyib.