Koçaryan qəzetdən 16 min dollar tələb edir

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan jurnalistləri məhkəməyə verib. Onun vəkilləri AzadliqRadiosunun erməni xidmətinə bildiriblər ki, “Hraparak” qəzeti fevralın 15-də çap olunan məqaləsində keçmiş prezidentin şərəf və ləyaqətini təhqir edib.

Qəzetin həmin məqaləsi Robert Koçaryanla hakim Respublikaçılar Partiyası arasında olan münaqişəyə həsr edilirdi.

Koçaryanın vəkillərinə əsasən qəzetin keçmiş prezident haqqında işlətdiyi “qana susamış”, “faktiki axmaq” kimi ifadələr təhqirdir. Ona görə də qəzet 6 milyon dram (16 200 dollar) cərimə tələb edirlər.

Keçən həftə Yerevan məhkəməsi bu qəzetin bank hesabının dondurulması barədə Koçaryanın iddiasını təmin edib.

Amma “Hraparak” qəzetinin redaktoru Armine Ohanian heç kimi təhqir etmədiklərini deyir. O, bildirir ki, haqqında söhbət gedən məqalədə heç yerdə Koçaryanın ünvanına təhqir ifadələri işlədilməyib. Redaktor hesab edir ki, bununla sadəcə olaraq keçmiş prezident yazılı mediaya müharibə elan edib.

Armine Ohanianın deyir ki, Koçaryanın vəkilləri onlardan başqa, daha iki qəzeti məhkəməyə verib.

Koçaryanın qaldırdığı iddia əsasında məhkəmə iclası mayın 10-a təyin olunub