Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb

«Gülüstan» Sarayında başlanan forumda 20 ölkədən 400-dən artıq qonaq iştirak edir.

Forumda hər bir sessiya üzrə xüsusi müzakirə sənədləri olacaq.

Qonaqlar arasında Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, AŞ-nın sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, UNESCO və BMT rəsmiləri də var.