Avropa Birliyi Portuqaliyanın borc xahişini qəbul edib

Avropa Birliyinin iqtisadi məsələlər üzrə komissarı Olli Rehn aprelin 8-də bildirib ki, onlar kəskin borc böhranı ilə üzləşmiş Portuqaliyanın çoxmilyardlıq yardım xahişini formal olaraq qəbul ediblər. Birlik ölkələrinin maliyyə nazirləri mayın ortalarına qədər Portuqaliya ilə danışıqlara başlamaq qərarına gəliblər.

Mütəxəssislər bu böhrandan çıxmaq üçün Portuqaliyaya qarşıdakı üç il ərzində azı 80 milyard avro lazım olacağını deyirlər.