Prezident su və kanalizasiya borclarını sildi

Prezident İlham Əliyev aprelin 8-də əhalinin su və kanalizasiya borclarının silinməsi haqqında fərman verib. Fərmana görə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinəcək.

Silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir vətəndaşa bildirəcəklər.

Fərmana görə bundan sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətisu təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görməlidir.