Yazmağın yeddi qaydası

V. S. NAYPOL

GƏNÇ YAZIÇILAR ÜÇÜN


Yazmağın yeddi qaydası

1. Uzun cümlələr yazmayın. Bir cümlədə on ya on ikidən artıq söz olmamalıdır.

2. Hər cümlə aydın bir fikir ifadə etməli, özündən əvvəl gələn cümlə ilə əlaqəli olmalıdır. Yaxşı abzas aydın və ardıcıl cümlələrin birləşməsindən yaranır.

3. Mürəkkəb sözlərdən istifadə etməyin. Kompyuteriniz istifadə etdiyiniz sözlərin orta hesabla beş hərfdən artıq olduğunu göstərirsə, deməli nə isə səhvdir. Qısa sözlərdən istifadə etmək sizi yazdıqlarınız haqqında düşünməyə sövq edər. Hətta mürəkkəb fikirləri də qısa sözlərlə ifadə etmək olar.

4. Heç vaxt dəqiq mənasını bilmədiyiniz sözlərdən istifadə etməyin. Bu qaydanı tez- tez pozursunuzsa, gərək özünüzə başqa məşğuliyyət tapasınız.

5. Təcrübəsiz yazıçılar rəng, ölçü və say bildirənlərdən başqa sifətlərdən istifadə etməməyə çalışmalıdırlar. Sifətlərdən mümkün qədər az istifadə edin.

6. Mücərrədlikdən qaçın. Həmişə konkretliyə can atın.

7. Heç olmasa altı ay hər gün, bu cür yazmağı məşq edin. Sadə sözlər, qısa, aydın və konkret cümlələr. Qəribə səslənsə də, bu sizə dildən istifadə etməyi öyərədər. Beləliklə, hətta universitetdə qazandığınız ziyanlı dil vərdişlərini də tərgidə bilərsiniz. Bu qaydaları tam dərk etdikdən və mənimsədikdən sonra pozmaq olar.

Tərcümə: Ülkər Nəsibbəyli
"Ulduz" jurnalı

Həmçinin oxu
İslamı müstəmləkəçiliklə müqayisə edən yazıçı qalmaqal yaratdı
Nobel mükafatlı yazıçı "çarıqlarını çıxarır"