Türkiyə kürdlərinin partiyası həbsdə olan kürd siyasətçiləri dəstəkləyəcək

Türkiyə kürdlərinin “Sülh və Demokratiya” partiyası iyunun 12-də keçiriləcək parlament seçkilərində 10 ilə yaxın həbs cəzası çəkmiş keçmiş deputat Leyla Zana və hazırda həbsdə olan 6 kürd siyasətçisini dəstəkləyəcək.

Partiyanın nümayəndələri bildiriblər ki, ölkə qanunlarına görə onlar deputat seçilsələr azadlığa çıxmalıdırlar.

Onlar kürd separatçılarıyla əlaqədə ittiham olunujrlar.