Polislə yaraqlılar arasında atışma olub, ölənlər var

Dağıstanda polislə yaraqlılar arasında atışma olub. Üç polis ölüb, altısı yaralanıb. Yaraqlılardan isə ikisi ölüb, biri yaralanıb.

Xəbəri Terrorçuluğa qarşı Mübarizə İdarəsi yayıb.

Xüsusi əməliyyat Dağıstanın Suntin rayonunda keçirilir. Sayı məlum olmasa da burda silahlı qrupun cəmləşdiyi bildirilir.