Naxçıvanda aclıq aksiyası başladı

Faiq Əliyev və Həkimeldostu Mehdiyev

Ümid Partiyasının Naxçıvan təşkilatının sədri Faiq Əliyev və RATİ-nin Naxçıvan üzrə müxbiri Həkimeldostu Mehdiyev aclıq aksiyasına başlayıb.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Elman Abbasov məlumat verib.

Aclıq aksiyası keçirənlər Naxçıvanda insan haqlarının, mülkiyyət hüquqlarının pozulmasına etiraz edirlər. Bundan başqa, onlar 2 aprel mitinqində həbs edilənlərin buraxılmasını, ölkədə sərbəst toplaşma azadlığının bərpa olunmasını tələb edirlər.

E. Abbasov deyir ki, onlar aclıq aksiyası keçirənlərin həkim nəzarətinə götürülməsi üçün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə müraciət ediblər:

«Nazirlik heç bir cavab verməsə, aclıq aksiyası keçirənlərin səhhəti pisləşdiyi təqdirdə təcili yardıma müraciət edəcəyik».