İctimai Palata mitinq üçün «Nərimanov» kinoteatrının qarşısını seçdi

İctimai Palata aprelin 17-də «Nərimanov» kinoteatrının qarşısındakı meydanda mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Müsavat Partiyasından AzadlıqRadiosuna bildiriblər ki, aprelin 11-də meriyanın ümumi şöbəsinə təqdim olunan müraciəti İctimai Palatanın Mitinq Komitəsinin üzvləri Hüseyn Məlikov (Müsavat Partiyası), Asif Yusifli (AXCP), Fikrət Cəfərov (KXCP) və Əli Orucov (AMİP) imzalayıblar.