Kot D`İvuar prezidentini həbs edib, müxalifətə təhvil veriblər

Kot D`İvuar (Fil Dişi Sahili) prezidenti Laurent Gbagbo bu gün öz iqamətgahında həbs edilib.

Prezidentin sözçüsü deyib ki, Gbagbonu fransız əsgərləri həbs ediblər və müxlaifətə təhvil veriblər. Fransa səfirliyi isə onu müxalifətin həbs ediyini bildirib.

Ötən il president seçkilərini uduzandan sonra Gbabgo hakimiyyəti Alassane Ouattaraya təhvil vermək sitəmədiyi üçün ölkədə başlanan silahlı qarşıdurmada mindən çox adam həlak olmuşdu.