Pentaqon rəsmisinin Azərbaycana səfəri başlayıb

Aprelin 12-də Pentaqonun Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA) direktoru Kennet Mayersin Azərbaycana səfəri başlayır.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərdə məqsəd təhlükəsizlik hədələrinə müqavimət göstərmək sahəsində Azərbaycanla ABŞ arasında əlaqələrin möhkəmləndirilməsidir.
Mayers səfər çərçivəsində ölkənin rəsmi şəxsləri ilə danışıqlar aparacaq.