AŞPA Azərbaycana qarşı addımlara çağırılır

Beynəlxalq təşkilatlar Avropa Şurasını Azərbaycana qarşı addımlara çağırırlar
Azərbaycana dair Beynəlxalq Əməkdaşlıq Qrupuna daxil olan beynəlxalq insan haqları təşkilatları Avropa Şurasını Azərbaycanda ifadə azadlığının kəskin pisləşməsinə görə Bakıya qarşı sərt addımlar atmağa çağırıb.

Onlar Avropa Şurasına göndərdikləri müraciətdə qeyd edirlər ki, son vaxtlar Azərbaycanda jurnalistlərə və qeyri-hökumət təşkilatlarına qarşı təzyiqlər genişlənib.

Ona görə də Avropa Şurasının Parlament Assambleyası bunun qarşısını almaq üçün təxili tədbirlər görməlidir.

Müraciətdə bloqqer Bəxtiyar Hacıyevin və müxalifətin gənc fəallarının həbs edilmələri, Strasburqda yaşayan gənc fəal Elnur Məcidliyə qarşı təzyiqlərdən, eləcə də “Azadlıq” qəzetinin əməkdaşlarının döyülmələrindən bəhs edilir.

Azərbaycana dair Beynəlxalq Əməkdaşlıq Qrupuna ARTICLE 19, Human Rights House Foundation, Index on Cersorship, Reportyorların Azadlığı və Təhülkəsizliyi İnsititutu, Açıq Cəmiyyət İnsititutu, Sərhədsiz Reportyorlar, Dünya Qəzetlər və Naşirlər Assosiasiyası daxildir.