900 min təqaüdçünün pensiyası artırılacaq

Aprelin 12-də Nazirlər Kabinetinin iclasına yekun vuran prezident İlham Əliyev dövlət büdcəsinə dəyişiklik etməyin zəruri olduğunu bildirib və pensiya probleminə toxunub. O deyib ki, dürüstləşmə zamanı mütləq geniş sosial paket nəzərdə tutulmalıdır, əmək haqlarının, pensiyaların artırılması məsələləri öz həllini tapmalıdır və tapacaq. Prezident hesab edir ki, xüsusilə 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. “Çünki bu sahədə müəyyən ədalətsizlik var. Bu ədalətsizlik ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar”. İlham Əliyev deyib.

Ölkədə 1 milyon 300 nəfərə qədər pensiyaçı var. Onlardan 900 mini 2006-cı ilə qədər pensiyaya çıxıb.