NATO ölkələri bildiriblər ki, Gaddafi istefaya getməlidir

NATO ölkələri hesab edirlər ki, Liviya lideri Muammar Gaddafi istefaya getməlidir.

Bu barədə təşkilata üzv ölkələrin xarici işlər nazirləri bu gün Berlində keçirilən sammitdə bildiriblər.

ABŞ Dövlət katibi Hillari Klinton bildirib ki, dünya liviya müxalifətinə dəstək olmalıdır.

O həmçinin NATO ölkələrini Liviya münaqişəsinin həllində birliyə çağırıb.