Cameron, Sarkozy və Obama: Qaddafiyə qarşı hərbi kampaniya davam edəcək

Böyük Britaniya, Fransa və ABŞ Qaddafi rejiminə qarşı o istefaya gedənə qədər hərbi kampaniyanı davam etdirəcəklərini bildiriblər.

David Cameron, Nicolas Sarkozy və Barack Obama birgə bəyanatlarında bildiriblər ki, NATO-nun əməliyyatları Qaddafi hakimiyyətdən gedənə kimi davam etməlidir. Liviyanın mülki əhalisi NATO-nun himayəsi altında qalmalıdır.