Xorvatiyalı generallar cəzalandırıldılar

Haaqa tribunalı xorvat general Ante Gotovinanı müharibə cinayətlərində ittiham edərək 24 il azadlıqdan məhrum edib.

Xorvatiyada Gotovinanı çoxları milli qəhrəman sayır. O 90-cı illərdə xorvat serblərinə qarşı etnik təmizləmələrdə ittiham olunub.

Digər müttəhim, istefada olan xorvat general Mladen Markac isə 18 il azadlıqdan məhrum edilib. O da eyni ittihamla təqsirli bilinib.

Başqa bir general İvan Cermak isə bəraət alıb.