Ermənistanda şahmatı məktəblərdə məcburi fənn kimi keçəcəklər

Ermənistan hökuməti ölkənin bütün orta məktəblərində şahmatın məcburi fənn kimi keçilməsi barədə qərar qəbul edib. Hökumət bu işə 480 000 dollar da pul da xərcləmək niyyətindədir.

Təhsil naziri bu tədbirlərlə Ermənistanın “dünyanın şahmat supergücünə” çevriləcəyinə ümid etdiklərini deyib.

Şahmat Ermənistanda çox populyardır. Levon Aronyan dünyanın üçüncü ən yaxşı şahmatçısı elan edilib.