Avropa Komissiyası bir sıra ölkələrin tələbələri üçün təqaüd ayırıb

Avropa Komissiyası bir sıra ölkə tələbələrinin Avropa Birliyi universitetlərində oxuması üçün 1300 təqaüd ayırıb. Həmin ölkələr arasında Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, İran və İraq da var. Təqaüdlər 2007-2008 akademik ilindən başlayır, müddəti üç aydan üç ilədəkdir.