İctimaiyyətin istəyi nəzərə alınaraq verilən bu qərar MTRŞ-ın siyasi çeviklik göstərməsi kimi dəyərləndirilir: «Biz başa düşürük ki, ANS-in yayımının bərpasına icazə heç bir şərt irəli sürülmədən verilib. Və ümid edirik ki, bunun təsdiqi kimi kanalın tam müstəqilliyi və dəsti-xətti, bu günə qədər şahidi olduğumuz üslubu, redaksiya xətti dəyişməz qalacaq».
Sənəddə həmçinin ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Miklos Haraşti ümid edir ki, 2007-ci ilin fevral ayında tenderin nəticələri araşdırılarkən plüralizm və Azərbaycan ictimaiyyətinin artıq özünü göstərən seçimi nəzərə alınacaq: «Bu tender şəffaf və ədalətlə keçiriləcək»
Cənab Axundlu deyir ki, ATƏT-in Bakı Ofisi ANS və Azərbaycanda verilişləri yayımlanan xarici radiostansiyaların son vaxtlar üzləşdiyi çətinlikləri indiyə qədər nəzarətdə saxlayıb. Baş verənlər bundan sonra da izlənəcək.