Moskvada 50-dək «razı olmayan» saxlanıb

Solçu radikallarla milis arasında toqquşmalar baş verib

Moskvada «Razı olmayanların yürüşü» adlı etiraz aksiyasının 50-dək iştirakçısı saxlanıb. Onlar əsasən Milliyyətçi-Bolşevik Partiyası və Qırmızı Gəncliyin Avanqardı təşkilatının üzvləridir.

«Azadlıq» radiosunun əməkdaşı xəbər verir ki, «Triumfalnaya» meydanındakı mitinqdən sonra solçu radikallarla milis arasında toqquşmalar baş verib.


«Razı olmayanların yürüşü»ndə üç mindən çox insan – demokratik və solçu-radikal partiyalar və hərəkatların fəalları iştirak edib. Onlar vətəndaş hüquq və azadlıqlarının pozulmasına, bu səbəbdən də ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsinə etiraz edirdilər.


Aksiyanın təşkilatçısı -- «Druqaya Rossiya» Birliyinin verdiyi məlumata əsasən, aksiya başlamazdan qabaq Moskvada onlarla müxalifətçi saxlanılıb.


Dekabrın 16-da «Teatralnaya» meydanında «Trudovaya Rossiya» partiyasının da azsaylı mitinqi keçirilib.