Artıq üçüncü həftədir ki, rayon hərbi komissarlıqlarının əməkdaşları milislə birlikdə «Çağırışçı» kodu adı altında əməliyyat həyata keçirirlər. 18-27 yaşlı yeniyetmələri saxlayır, hərbi komissarlıqlara yollayırlar. Bəzən onları bütün gecəni orada saxlayırlar.
«Peterburqun Əsgər Anaları» Təşkilatının nümayəndəsi Ella Polyakova deyir ki, hərbi komissarlıqların əməkdaşları çağırışçıların nə valideynləri, nə də vəkil edilmiş nümayəndələri ilə ünsiyyət saxlayırlar: «Qanunla bunu etməli olduqları halda valideynləri sənədlərlə ora buraxmırlar. Məqsəd saxlanılan çağırışçıları hərbi hissədən olan «alıcılar»a ötürməkdir. Nəzarətçi orqanlarsa bu vəziyyətə barmaqarası baxırlar. Korrupsiya hər addımda çiçəklənir. Məsələn, milisdə 1,5 min rubl ödəməklə canını qurtarmaq olar. Bu, təmiz qanunsuzluqdur».
Hüquq müdafiəçilərinin fikrincə, hərbçilərin hərəkəti Rusiya Federasiyası Cinayət Məcəlləsinin «qanunsuz azadlıqdan məhrumetmə» və «vəzifə səlahiyyətlərindən sui-istifadə» maddələri üzrə məsuliyyət yarada bilər.