Nazir Gürcüstanı anti-Rusiya siyasətinə son qoymağa çağırıb


Rusiya Gürcüstanla gərginliyin azalmadığını deyir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, yaxın günlərdə Rusiyanın Gürcüstanla münasibətlərində yaxşılaşma görünmür, çünki Tbilisi gərginliyin azalması üçün real addım atmır. Cənab Lavrova görə, Gürcüstan liderləri Qərbin dəstəyini qazanmaq üçün Rusiyanın onlara təcavüz planlaşdırdığını bəhanə edirlər. Nazir Gürcüstanı anti-Rusiya siyasətinə son qoymağa çağırıb.