Azərbaycan rəsmi olaraq Rusiya qazından imtina edib. Bu haqda «Azadlıq» radiosuna Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev bildirib. O deyir ki, Azərbaycan «Qazprom»un təklif etdiyi qiymətlə razı olmadığından, 2007-ci il üçün Rusiyadan qaz alınmasıyla bağlı bu şirkətlə müqavilə imzalamayıb: «Müqavilənin imzalanmaması da elə imtina deməkdir».
«Qazprom» Azərbaycana qazın 1000 kubmetrini 230 dollara təklif edir. Azərbaycan tərəfi isə baha olduğundan, bu qiymətlə razılaşmır.