Kaxa Kaladze «Milan»ı tərk edə bilər

Andrey Şevçenkonun ardından postsovet məkanının daha bir təmsilçisi İtaliyanın «Milan» klubunu tərk edə bilər. Söhbət gürcü müdafiəçi Kaxa Kaladzedən gedir. İtaliya qəzetlərinin yaydığı xəbərə görə, «Roma»dan Filipp Meksesi almaq istəyən «Milan» onun əvəzində Kaladzeni paytaxt klubuna təklif etmək fikrindədi.