Birləşmiş Ştatlar Türkmənistana kömək etməyə hazırdır

Mühacirətdə olan Türkmənistan müxalifətinin lideri Nurməhəmməd Xanamov Türkmənistanda azad seçkilərin tərəfdarıdır. Amerikanın «Vaşinqton Post» qəzetində dərc olunan məqaləsində o, bütün türkmənləri seçkilərdə iştiraka səsləyib. Siyasi məhbuslar və mühacir-müxalifətçilər də ümumxalq səsverməsində iştirak etməlidirlər.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Şon Makkormak isə bildirib ki, Vaşinqton Türkmənistanda siyasi prosesləri dəstəkləməyə hazırdır.


Türkmənistanda prezident seçkisi fevralın 11-nə təyin olunub. Saparmurad Niyazov keçən il dekabrın 21-də vəfat edib.