«Çelsi»nin icraçı direktoru Piter Kenyon: «Joze Mourinyo «Çelsi»dən getməyəcək»

«Çelsi»nin icraçı direktoru Piter Kenyon komandanın baş məşqçisi Joze Mourinyonun yayda postunu tərk edəcəyi haqda xəbərləri təkzib edib:

«Bu köhnə nağıldır. Amma indi yenidən dövriyyəyə buraxılmasına «Mançester Yunayted»dən 6 xal geri qalmağımız səbəb olub. Hamı bilsin ki, Mourinyo «Çelsi»dən getməyəcək».


Dünya mediası bir neçə gündür Mourinyonun hazırda Rusiya yığmasını çalışdıran Qus Hiddinklə əvəzlənəcəyi haqda xəbərlər yayır.