Bolqarıstanda iki həbsxananın yüzlərlə məhbusu amnistiya haqda yeni qanunun qəbulu və saxlanma şəraitini yaxşılaşdırmaq tələbi ilə aclığa başlayıblar.
Beynəlxalq müşahidəçilər məhbusların pis saxlanma şəraitinə görə, Bolqarıstan hakimiyyətini dəfələrlə tənqid ediblər: ölkədə həbsxanalar ağzınacan dolub, onların əksəriyyəti 19-cu əsrdə tikilib və s.