İraqın Baş naziri: «Amerika qoşunlarının İraqda qalması zəruriliyi aradan qalxa bilər»

Birləşmiş Ştatlar İraqın təhlükəsizlik qüvvələrini lazımi qədər silahla təchiz edərsə, üç-altı aydan sonra Amerika qoşunlarının İraqda qalması zəruriliyi aradan qalxa bilər. Bunu İraqın Baş naziri Nuri əl-Maliki Böyük Britaniyanın «Tayms» qəzetinə müsahibəsində deyib.

Cənab Maliki Səddam Hüseynin edamı zamanı səhvlərə yol verildiyini etiraf etsə də, bunun intiqam aktı olması barədə iddiaları rədd edib.