Nyu-York sakinləri cinayətkarların mobil telefonla şəkillərini və videosunu çəkə biləcək. Nyu-Yorklular bu üsulla şəhərin fövqəladə hallar mərkəzlərinə kömək edəcəklər. Şəhərin meri Maykl Blumberq deyib ki, dünyanın başqa heç bir şəhərində belə bir təşəbbüs yoxdur. Bu plan nisbətən ucuz başa gələcək. Çünki, bunu üçün yeni texnologiya tələb olunmur.