Boris Berezovskiyə qarşı cinayət işi təxirə salınıb

Rusiya prokurorluğunun milyardçı Boris Berezovskiyə qarşı cinayət işini təxirə saldığı deyilir. Vəkili Andrey Borovkovun bildirdiyinə görə, prokurorluq Berezovski olmadan işin araşdırılmasını mümkün saymadığını bildirib. 2000-ci ildə Kremlin qəzəbinə gəlmiş Boris Berezovski Britaniyaya qaçmışdı. Ötən il Rusiya rəsmiləri onun hakimiyyəti zorla ələ keçirmək istədiyini iddia edirdi.