İran Corc Buşu terrorçuluqda günahlandırır

İran Birləşmiş Ştatlar prezidentinin son göstərişini «terror aktı» adlandırır. Corc Buş İraqdakı İran casuslarına qarşı bütün mümkün vasitələrlə mübarizə aparmaq əmri verib.


İran parlamentindəki xarici siyasət və təhlükəsizlik komissiyasının rəhbəri Alaəddin Burucerdi deyib ki, Buşun əmri açıq aydın «terror aktı»dır və bütün beynəlxalq normalara ziddir.